Nazirlər Kabineti qərar imzaladı

Nazirlər Kabineti qərar imzaladı
17:40

“Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası” təsdiqlənib.

News365.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

    Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan

    Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

    Uyğunluq sertifikatının alınması üçün fiziki və hüquqi şəxs ərizə ilə Agentliyə müraciət edir.

    Sertifikatlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir və 90 (doxsan) gün müddətində aparılır:

    - müraciətdən əvvəlki mərhələ;

    - müraciət və ilkin qiymətləndirmə;

    - sənədlərin yoxlanılması;

    - xidmət təminatçısının vasitələrinin, xidmətlərinin və avadanlıqlarının qiymətləndirilməsi;

    - uyğunluq sertifikatının verilməsi və ya verilməsindən imtina.


    Sizin reklam burada
    Sizin reklam burada