Masallıda seçicilərlə növbəti görüş keçirilib

Masallıda seçicilərlə növbəti görüş keçirilib
18:15

Masallı rayonunda seçicilərlə növbəti qəbul-görüş baş tutub. Havaların qeyri-sabit keçməsinə baxmayaraq, görüş Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının inzibati binasında keçirilib.


News365.az xəbər verir ki, görüşü Milli Məclisin deputatı Məşhur Məmmədov keçirib. Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilər iştirak ediblər. Ümumilikdə 23 seçici qəbulda iştirak edib. Onların arasında Vətən Müharibəsi qazisi və bir şəhid anası da olub.


Seçicilərin hər biri fərdi şəkildə dinlənilib. Bəzi problemlər yerindəcə həllini tapıb, digərləri isə səlahiyyət çərçivəsindən kənar olduğu üçün aidiyyəti qurumlara yönləndirilib.


Görüşlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirilib.



Sizin reklam burada
Sizin reklam burada