Bir neçə gündür, sosial şəbəkələrdə Xalq artisti Ağadadaş
Ağayevin gəmidə "Gəl deyir" mahnısının sədaları altında rəqs edərək çəkdirdiyi
görüntülər müzakirə olunur.
News365.az xəbər verir ki, Xalq
artistinin öz rəsmi "İnstaqram" səhifəsində həmin videonu paylaşması
birmənalı qarşılanmayıb.
Paylaşıma gələn şərhlərdə Ağadadaş Ağayev linç edilib,
çoxsaylı tənqidlərə tuş gəlib.
İddia olunur ki, görüntülər Qırğızıstanda Issık-Kul gölündə
çəkilib.
Bu isə Xalq artistinin istintaq prosesi getdiyi halda ölkəni
necə tərk etməsi məsələsini gündəmə gətirib.
Pravda.az məsələni dəqiqləşdirmək üçün Ağadadaş Ağayevin köməkçisi,
eləcə də vəkilləri Asim Abbasov, Şəfa Camalzadə ilə əlaqə saxlamağa çalışsa da,
mövqe öyrənmək mümkün olmayıb.
Xatırlatma: Xalq artisti Ağadadaş Ağayevlə "Medera
Hospital" arasında məhkəmə prosesi davam edir. Ağadadaş Ağayev iyul ayında
sözügedən klinikanın mühafizəçisinə şəxsi mübahisə zəmnində balta atıb.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta klinikada çalışan
qadın N.Paşayevaya dəyib, o, xəsarət alıb.