“Borçalı Cəmiyyəti...Borçalı
İB... Bir zamanlar mətbuatın gündəmindən düşməyən ictimai qurumu darmadağın
etdilər. Nəyi bölə bilmirdilər, məlum olmadı. Hamı özünü Borçalının ağası hesab
edirdi. Son məlumatım belə idi ki, qurumun möhürü oğurlanıb və Cəmiyyətin fəaliyyəti
faktiki dayandırılıb.
Bunu News365.az -a tanınmış ziyalı, həkim Vaqif
Qarayev deyib. O, bildirib ki, təsadüfən bir müzakirəyə rast gəldim:
“Bu adda Cəmiyyət hələ də varmış. Müzakirələrdə hörmətli Musa Nəbioğlu bəzi iradlarını bildirib. Amma onu təhqir ediblər. Musa müəllimi dürüst, elini-obasını sevən bir insan kimi tanıyıram. Borçalı haqqında yaxşı kitabların müəllifidir. Qarşı tərəfi tanımadığımdan heç nə deyə bilmərəm. Amma bu dava-qırğın nə üçündür? Heç kim Borçalının ağası ola bilməz! Rritorika dəyişmir. İrad bildirənə söyüş-təhqirlə cavab verirlər. Ən yaxşısı, qurumun adını dəyişin, sonra bildiyinizi edin”.
News365.az