Kafe işlədən qadın bıçaqlandı

Kafe işlədən qadın bıçaqlandı
10:12

Dünən axşam saatlarında Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən kafedə qeydə alınıb.

Kafenin icarədarı, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada