Gürcüstan prezidenti Mixail Kavelaşvili hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının üç müxalifət partiyasının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarını dəstəkləyir.
News365.az xəbər verir ki, Kavelaşvili bu barədə Gürcüstanın "Acarıstan" telekanalına müsahibəsində bildirib.
"Onlar (müxalifət -Qeyd) xaricdən maliyyələşərək siyasi mühiti belə qəsdən zədələyəndə,məncə, belə siyasi partiyaların bizim siyasi məkanda mövcudluğunu dayandırmasına şərait yaradılır", - deyə o qeyd edib.
Qeyd edək ki, hakim "Gürcü arzusu" müxalifət partiyalarının "Dəyişiklik naminə Koalisiya", "Güclü Gürcüstan - Lelo" və "Vahid Milli Hərəkat" partiyalarının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.