Pakistan-Əfqanıstan sərhədində GƏRGİNLİK

Pakistan-Əfqanıstan sərhədində GƏRGİNLİK
10:48

Bu gün səhər saatlarında Pakistanın Xayber Paxtunxva əyalətində, Əfqanıstanla sərhəd bölgəsində silahlı toqquşma baş verib. 

News365.az  xarici KİV-ə istinadən xəbər verir ki,  baş verən silahlı toqquşmada biri zabit olmaqla 6 Pakistan əsgəri həlak olub.

Məlumata görə, hadisə “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verib. Bildirilib ki, Pakistan ordusunun bölmələri qruplaşmanın Doqar bölgəsində olduğu barədə məlumat aldıqdan sonra əməliyyat keçirib. Əməliyyat zamanı baş verən atışmada qrupun yeddi silahlısı da məhv edilib.  


Sizin reklam burada
Sizin reklam burada