Dağlaroğlunun qızının cehizinə xərclədiyi məbləğ dodaq uçuqlatdı: Şok QİYMƏT

Dağlaroğlunun qızının cehizinə xərclədiyi məbləğ dodaq uçuqlatdı: Şok QİYMƏT
14:46

Natiq Dağlaroğlu açıqlaması ilə diqqət çəkib. 

News365.az xəbər verir ki, O, açıqlamasında bildirib ki, övladının istəklərini nəzərə alaraq cehiz üçün böyük xərclər edib.

O qeyd edib ki, Gəncədən mebel alıb və övladının ürəyincə olmasına çalışıb. Xanımlar üçün digər əşyaların alınması ilə yanaşı, 40-50 min manat yalnız mebellərə, qab-qacaq və servislərə isə 20 min manat xərclənib.

Dağlaroğlu bildirib ki, ümumilikdə cehiz üçün 106 min manat xərclənib, lakin evi boşaldıb, gələcəkdə gəlin gətirildikdə evin doldurulacağını vurğulayıb.

O əlavə edib ki, onun üçün əsas məsələ gəlinin xoşbəxt olmasıdır, eyni zamanda evə 10 min manatlıq cehiz gəlməsinin də kifayət edəcəyini deyib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada