Tokayevin sabiq müşaviri ÖLDÜRÜLDÜ

Tokayevin sabiq müşaviri ÖLDÜRÜLDÜ
10:32

Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin sabiq müşaviri Erjan Babakumarov öldürülüb. O, prezident yanında mərkəzi kommunikasiyalar xidmətinin  rəhbəri vəzifəsində çalışıb.

News365.az xəbər verir ki, bu barədə "Orda.kz" nəşri məlumat yayıb.

Qeyd edək ki, 1990-cı illərdə Babakumarov əmək fəaliyyətinə Almatı meriyasında başlayıb. Daha sonra o, prezident administrasiyasına keçib, orada daxili siyasətə nəzarət edib və Nazarbayevin rəhbərliyi altında informasiya mərkəzinə rəhbərlik edib. 2006-cı ildə mədəniyyət nazirinin müavini, sonra isə baş nazir Kərim Məsimovun ofisində çalışıb.

2019-cu ildə o, Qasım-Jomart Tokayevin müşaviri olub. 

Fevral ayında o, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib. Məhkəmə onun sürücülük vəsiqəsini ləğv edib.


Sizin reklam burada
Sizin reklam burada