Əziz mediada çalışan dostlarım, dəstək olub bu yazını xəbər edin. Azərbaycan aliminin necə təyziqlər altında nüfuzlu jurnallarda düşmənlə mübarizəsinin necə susdurulmasını görsünlər
Ermənilər mənim məqalələrimdən şikayət ərizələri yazırlar. Məqalələrimin saytdan çıxarılmasını tələb edirlər. Beynəlxalq indeksli jurnallarda dərc etdiyim digər məqalələrə qarşı da hücumlara başlayıblar. Onların məktubu saytlarında dərc edilib və bu tək mənə yox, Azərbaycan həqiqətlərinə qarşı aparılan hücumların bir hissəsidir. Neçə zamandır mənim elmi məqalələrimə həqiqət axtaran alimlərin istinadlar verməsi onları qorxuya salıb. İnanıram ki, məqaləni çıxarda biləcəklər. Çünki onların gücü çoxdur. Arxalarında lobbi və diasporları var.
Azərbaycan dövləti mənim arxamda dura biləcəkmi? Bax sual budur. Səsimiz və elmi əsaslarımız hər zaman belə olacaq ? Təzyiqlər sayəsində həqiqətlərimiz susdurulacaq?
Düşmənin etdiklərini elmi məqalər və kitablar ilə dünyaya çatdırılmasında mübarizə apardığımı nəzərə alıb, bax bu cürə təzyiqlər altında fəaliyyət aparmağıma diqqət verib, mənə dəstək üçün , bu elmi adı verəcəklərmi?
Bax ermənilərin bu etdiklərinə qarşı bizim dövlət mənim yanımda olub birbaşa mənə elmlər doktoru adı verəcəkmi mən daha güclü olub onların yalanlarını elmi faktlara susdura bilim?