Ağstafada qəza - Bir ailənin 4 üzvü xəsarət aldı

Ağstafada qəza - Bir ailənin 4 üzvü xəsarət aldı
09:57

Ağstafada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News365.az-ın məlumatına görə, hadisə rayonun Göycəli kəndində baş verib. Belə ki, kənd ərazisində hərəkətdə olan minik maşını idarəetmədən çıxıb.

Nəticədə minik maşını yol kənarındakı rabitə xəttinə çırpılıb. Qəza zamanı 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Qəzaya düşən bir ailənin üzvləridir. Avtomobilin isə taksi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada