"Paşinyan erməni kilsəsindəki qanunsuz rahiblərə qarşı mübarizə aparır".
Politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib ki, erməni kilisesi erməni cəmiyyətində yalnız ibadət məkanı kimi deyil, eyni zamanda 1-ci Qarabağ müharibəsi zamanı siyasi və ideoloji dayağı rolunu oynayıb.
Onun sözlərinə görə, müharibədə erməni kişiləri cinayət törətmiş şəxslər də daxil olmaqla döyüşlərə göndərilib və erməni kimliyində kilisənin böyük rolu olub. Şahidov Paşinyanın erməni kilsəsinə qarşı savaş açmadığını, yalnız kilsədəki bəzi qanunsuz rahiblərə qarşı mübarizə apardığını vurğulayıb.
O əlavə edib ki, Paşinyan eyni zamanda kilisədə hakimiyyət dəyişikliyi edərək öz adamını başa gətirməyə çalışır.