"İsrail parlamentində müzakirələr mərhələli danışıqlara təsir göstərir"- Politoloqdan şərh

"İsrail parlamentində müzakirələr mərhələli danışıqlara təsir göstərir"- Politoloqdan şərh
12:19

"İsrail parlamentində müzakirələr mərhələli danışıqlara təsir göstərir".

News365.az-a açıqlamasında politoloq Elşən Mustafayev bildirib ki, İsrail parlamentində bu məsələnin müzakirəyə çıxarılması özü mərhələli danışıqların həllinə ciddi zərbə vurur. Onun sözlərinə görə, artıq məsələyə dəstək vermiş ərəb dövlətlərinin gələcəkdə bu prosesə necə münasibət göstərəcəyi sual altında qalır.

Mustafayev qeyd edib ki, bəzi məlumatlara görə, məsələ Netanyahu Partiyası olan İQUD tərəfindən qaldırılmayıb və hətta onların səsvermədə iştirak etmədiyi bildirilir. O bildirib ki, Netanyahu koalisyon vəziyyətində hakimiyyətdədir və kövrək koalisiyadır. Eyni zamanda, Netanyahu’nun konkret istəmədiyi proseslərin gedişatına müdaxilə etmək istəməyən müxalifət qrupları da var ki, bu səsvermə onların bir yolu ola bilər.

Politoloq bildirib ki, indiki dönəmdə bu səsvermənin nəticələrinin icra olunacağını düşünmür, çünki bu mərhələdə ölümə bərabər addımdır və ABŞ Prezidenti Donald Trump məsələyə yalnız öz icrası ilə yanaşa bilər. Mustafayev əlavə edib ki, bu situasiya ölümcül hal kimi dəyərləndirilə bilər və ABŞ Prezidenti Trump da açıqlamalarında bu məsələlərdə ABŞ-ın İsrailin yanında olmayacağını bildirib. İsrail isə bildirir ki, müstəqil qərar verə bilər, lakin ABŞ-ın dəstəyi olmadan bu addımı tam həyata keçirə bilməz.

Mustafayev hesab edir ki, bu fikir ayrılığının dərinləşməsi ehtimalı yoxdur. Onun sözlərinə görə, indiki dövrdə yalnız bu məsələ deyil, mərhələli həll çərçivəsində birinci etap çətin prosesdir. Dünyanın ən qanlı və barışmaz düşmənləri arasında yaranan konfliktin həlli ağır proses olaraq qalır.

Politoloq qeyd edib ki, birinci etapda əsirlərin və cəsədlərin dəyişdirilməsi prosesi gedir və ABŞ bu məsələdə dayandırıcı rol oynayır, İsrail isə artıq bəzi əsirlərin və 13 cəsədin qaytarılmamasını təmin edib. Mərhələli həllin istənilən eskalasiyası prosesi risk altına sala bilər. Mustafayev əlavə edib ki, indiki mərhələdə İsrail bu prosesi minimal risklə həll etmək istəyir.


Sizin reklam burada
Sizin reklam burada