"Trampın açıqlamalarından sonra vəziyyət Rusiyayla bağlı daha da gərginləşib"- Politoloq

"Trampın açıqlamalarından sonra vəziyyət Rusiyayla bağlı daha da gərginləşib"- Politoloq
14:27

"Trampın açıqlamalarından sonra vəziyyət Rusiyayla bağlı daha da gərginləşib".

Politoloq Elşad Həsənov News365.az-a açıqlamasında bildirib ki, Trampın Rusiyayla bağlı açıqlamalarından sonra vəziyyət daha da gərginləşib. Onun sözlərinə görə, Tramp Budapest-də Putinlə görüşünü təxirə salıb və anlayıb ki, Putin müharibəni dayandırmır, sülhə can atmır. Tramp həmçinin gündə neçə nəfərin öldüyünü vurğulayıb.

Həsənov qeyd edib ki, buna görə həm Avropa, həm də Amerika Ukraynaya daha ciddi dərs göstərmək niyyətindədir. Almaniyanın xarici işlər naziri Johan van de Voogt bildirib ki, onlara ciddi dərslər göstərilməlidir. Almaniya gələn il üçün hərbi xərclərə 377 milyard avro ayırır ki, bu da çox böyük maliyyə dəstəyi və dərsdir. Bütün sahələrdə dəstəklər daha da artırılacaq, çünki Avropa Rusiyadan çəkinir və Rusiyada müharibə başlaya biləcəyindən qorxur.

Politoloq əlavə edib ki, bu dəstək və maliyyə yardımı həmçinin Ukraynaya yönəldiləcək. Zelenski bildirib ki, onlar 10 il davam edən müharibə istəmirlər, lakin yaxın 2-3 ildə müvafiq dəstək olarsa, torpaqlarını geri qaytaracaqlar. Amerikanın da Ukraynaya yardımı artıb və Trampın Putinlə münasibətlərindən sonra ABŞ Avropaya, NATO ölkələrinə silah satacaq, bu silahlar isə Ukraynaya göndəriləcək. Bununla bağlı Ukraynada əsgərlərin hazırlanması prosesi artıq gedir.

Həsənov vurğulayıb ki, yaxın günlərdə Putin danışıqlara hazır olduğunu bildirib və Trampın sözlərindən razı olduğunu söyləyib, lakin detalları razılaşdırmaq hələ davam edir.


Sizin reklam burada
Sizin reklam burada