“Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət verməkdir”

“Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət verməkdir”
17:01

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.

News365.az xəbər verir ki, o, bu sözləri Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - Putin əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada