Ukrayna münaqişəsi başlayandan sonra Gürcüstan xarici qüvvələr tərəfindən Rusiya ilə müharibəyə sövq edildi və respublikanı nüvə dövləti ilə təkbətək qoydular. Bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Radio Courtoisie-yə müsahibəsində deyib.
"Nüvə dövləti ilə baş-başa qaldıq və bizə belə söz verdilər- gəlin sizi silahla təmin edək. Gənc avropapərəstlər bizi Rusiyaya qarşı müharibəyə çağırdılar. Onlar əvvəlki dövrün hökumətini buna məcbur etdilər. Sual yaranır: Gürcüstan bu müharibədə iştirak etməli idimi?" - Kavelaşvili bildirib.
Gürcüstan dövlət başçısı qeyd edib ki, belə çağırışlar Ukraynada hərbi əməliyyatlar başladığı ilk gündən yaranıb.
“Bizi sanksiyalara qoşulmağa, Ukraynaya könüllülər göndərməyə və müharibəni dəstəkləməyə çağırdılar. Halbuki biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvü deyilik”, - deyə prezident əlavə edib.
Tural