Sumqayıt Dövlət Dram Teatrı Beynəlxalq kitab bağışlama günü ilə əlaqədar maraqlı layihə həyata keçirəcək. "Bir kitab-bir tamaşa" adlı layihə fevral ayının 13-ü, saat 18⁰⁰-da gerçəkləşdirəcək.
Bu barədə News365.az-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Məlumatda deyilir ki, ilk dəfə teatrda reallaşcaq layihədə kitab bağışlayan tamaşaçı "Ocaq" tamaşasına dəvətnamə əldə edəcək. Məqsəd yığılan kitabların hesabına teatrda kitabxana formalaşdırmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində teatrın repertuarında önəmli yer tutan, Turqut Özakmanın yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq" tamaşası oynanılacaq.
News365.az