Beyləqanda yanğın törədən şəxs cərimə olunub

Beyləqanda yanğın törədən şəxs cərimə olunub
10:50

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.

    N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.


    Sizin reklam burada
    Sizin reklam burada