“Gözəllik üçün tələsik nəticə gözləməyin”.
Dermatoloq Dr. Aytən Seyidova News365.az-a açıqlamasında bildirib ki, gözəllik prosedurlarından dərhal effekt gözləmək düzgün deyil. O vurğulayıb ki, bir çox insanlar qısa müddətdə şişkinliyin olmamasını, dərhal fərqi görməyi və ucuz nəticə əldə etməyi istəyir:
“Mən həm izləyicilərimdən, həm də həmkarlarımdan üzr istəyirəm. Sizin haqqınız və günahınız budur ki, nəticəni dərhal, indi görmək istəyirsiniz. Bu istəyinizə görə həmkarlarınız da dərhal doldurucular və beş nöqtəli prosedurlar tətbiq edirlər, çünki siz bunu istəyirsiniz. Tələsik nəticə, az şişkinlik, dərhal görünən fərq və Instagram üçün hazırlıq – bütün bunlar insanlar üçün cəlbedicidir”, – deyə o bildirib.
Dr. Seyidova əlavə edib ki, orqanizm və yaşlanma prosesləri vaxt tələb edir:
“Bədəniniz bir canlıdır və sizin yaşlanmanıza səbəb olan proseslər tamamilə fərqli yanaşmalar tələb edir. Gözəllik üçün yaxşı nəticə əldə etmək məqsədilə dermatoloqa bir neçə dəfə müraciət etməli, şişkinliyi qəbul etməli və prosedurları mərhələli şəkildə keçirməlisiniz. Yalnız bu halda həqiqi və davamlı nəticə əldə etmək mümkündür”.