"Proseslərin əvvəlindən indiyədək Komissiyaya 5 şikayət daxil olub".
News365.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiöncəsi mətbuat konfransında bildirib.
26 min namizədə rəğmən 5 şikayətin daxil olmasını ümumilikdə qənaətbəxş hesab edən M.Pənahov bildirib ki, bütün müraciətlərə bir-bir baxılıb:
"Şikayət sayı az oldu. Bu, seçki prosesinin yüksək səviyyədə təşkil edildiyindən xəbər verir".