Belçika 100 milyon avro ayırdı

Belçika 100 milyon avro ayırdı
17:10

Belçika Prioritetləşdirilmiş Tələblər Siyahısı (PURL) proqramı çərçivəsində ABŞ-dən silah alınması üçün Ukraynaya100 milyon avro ayırıb. 

News365.az "Bleta"ya istinadən xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirlərinin görüşündə çıxış edərkən bildirib.

"Belçika PURL proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün əlavə 100 milyon avro ayırıb", - deyə Prevost bildirib.

Qeyd edək ki, PURL proqramı NATO tərəfindən 2025-ci ilin yayında ABŞ-nin Ukraynaya pulsuz silah tədarükünü dayandırmaq qərarına cavab olaraq yaradılıb. Bu proqram çərçivəsində Kiyev hərbi ehtiyaclarını formalaşdırır və Avropa İttifaqı (Aİ) ölkələri vəsait ayırır. Aİ ölkələri bu silahları ABŞ-dən alır və Ukraynaya pulsuz verir. 


Sizin reklam burada
Sizin reklam burada