Batman’da faciə: AK Partiyalı bələdiyyə sədrinin qardaşı evində ÖLÜ TAPILDI

Batman’da faciə: AK Partiyalı bələdiyyə sədrinin qardaşı evində ÖLÜ TAPILDI
10:22

Türkiyənin Batman vilayətinin Kozluk rayonunda faciəvi hadisə baş verib. Rayon Bələdiyyə sədri Mehmet Veysi Işığın 66 yaşlı qardaşı Mehmet Salim Işık evində odlu silah yarası ilə tapılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılan Işık, həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını itirib.


Hadisə saat 18:30 radələrində Sağlık məhəlləsində yerləşən iki mərtəbəli evdə baş verib. Evin birinci mərtəbəsindən silah səsi eşidən qonşular dərhal polisə məlumat veriblər. Polis və təcili yardım hadisə yerinə gələndə Mehmet Salim Işığı ağır yaralı vəziyyətdə aşkarlayıb.


O, ilkin tibbi yardımdan sonra Kozluk Dövlət Xəstəxanasına aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq vəfat edib. Mərhumun cəsədi otopsiya üçün Batman Təhsil və Tədqiqat Xəstəxanasının morquna göndərilib.


İlkin araşdırmalara əsasən, Mehmet Salim Işığın tapançasını təmizləyərkən təsadüfən özünü vura bilməsi ehtimalı irəli sürülür. Lakin hadisənin dəqiq səbəbini müəyyən etmək üçün genişmiqyaslı istintaq başladılıb.



Sizin reklam burada
Sizin reklam burada