Baş nazirin müavini: "Avropa İttifaqı Serbiya prezidentini devirmək istəyir"

Baş nazirin müavini: "Avropa İttifaqı Serbiya prezidentini devirmək istəyir"
09 Apr 2025 16:40

Avropa İttifaqı (Aİ) Qərb kəşfiyyat orqanlarının dəstəyi ilə Serbiya prezidenti Aleksandr Vuçiçi devirmək üçün layihə hazırlayıb. Bu barədə TASS-a Serbiya baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.


"Belqrad küçələrində mənim hökumətimi devirmək cəhdi narazıların etirazı deyil, Qərb kəşfiyyat xidmətlərinin fəal işi və Brüssel administrasiyasının prezident Vuçiçi əvəz etmək üçün siyasi layihəsidir", - o vurğulayıb.


Vulinin sözlərinə görə, Brüssel Serbiyada “Avropa Birliyinin dəyərlərini paylaşan” hökuməti hakimiyyətə gətirmək istəyir. 

"Söhbət Kosovonun tanınması və Rusiyaya qarşı sanksiyaların tətbiqindən gedir",- deyə o izah edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada