İspaniya La Liqasının nəhəngi "Barselona"nın əsas simalarından olan Jül Kunde yay transfer pəncərəsində klubunu dəyişmək ehtimalı ilə üz-üzədir.
News365.az xəbər verir ki, əzəli rəqib "Kral klubu" fransalı müdafiəçinin xidmətində ciddi şəkildə maraqlıdır və vəziyyəti diqqətlə izləyir.
Kataloniya təmsilçisi hazırkı mərhələdə ulduz futbolçusunu satmaq niyyətində olmasa da, 80 milyon avro dəyərində cazibədar təklif ediləcəyi təqdirdə bu keçidə "hə" deməyə hazırdır.
Fransa millisinin 27 yaşlı müdafiəçisi uğrunda gedən gərgin mübarizədə "Real Madrid"lə bərabər, İngiltərə Premyer Liqasının nəhəngi "Çelsi" də xüsusi fəallıq göstərir və oyunçunu öz heyətinə qatmağa çalışır.
Xatırladaq ki, Jül Kundenin "Barselona" ilə imzaladığı mövcud müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Cari mövsümdə komandasının forması ilə 36 matça çıxan futbolçu üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
