İraqdakı ABŞ səfirliyinin ölkə vətəndaşlarına İraqı təcili şəkildə tərk etmə
çağırışı xaos yaradıb.
News365.az xəbər verir ki, qarşıdakı günlərdə İranın İraqa
şiddətli hücümlarının olacağı xəbərdarlığı ilə ABŞ səfirliyi İraqdakı vətəndaşlarına
ölkəni təcili tərk etmələri üçün çağırış edib.
Hava məkanın bağlı olması səbəbindən ölkəni tərk etmək istəyənlər müəyyən çətinliklərlə
qarşılaşıb. Quru yolla Türkiyə, İordaniya, Kuveyt və Səudi Ərəbstanına keçmək
istəyənlərin çox olması da qarışqılıq yaradıb. Bir çox reys təxirə salınıb.