İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına çıxa bilmədi

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına çıxa bilmədi
09:27

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları başa çatıb.

News365.az xəbər verir ki, Bosniya və Herseqovina İtaliyanı növbəti dəfə mundialdan kənarda qoyub.

Əsas vaxtı 1:1 başa çatan matçda Bosniya millisi penaltilər seriyasında 4:1 hesabı ilə qalib gəlib.

Bununla da İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatında iştirakdan məhrum olub.

Digər oyunda isə Çexiya milli komandası Danimarkanı penaltilər seriyasında üstələyərək dünya çempionatına vəsiqə qazanıb. Bu oyunun da əsas vaxtı 1:1 hesabı başa çatıb, 15 dəqiqəlik əlavə hissələrdə isə millilər hərəyə bir top vurublar. Penaltilər seriyasında çexlər 3:1 hesabı ilə qalib gəliblər.


Sizin reklam burada
Sizin reklam burada