Qüdsdə xristianlardan İsrail məhdudiyyətlərinə etiraz çağırışı edib.
News365.az xəbər verir ki, Qüdsdə xristian icması İsrailin tətbiq etdiyi məhdudiyyətlərə qarşı açıq etiraz etməyə çağırıb.
Məlumata görə, Pierbattista Pizzaballa Palma bazarı günü Müqəddəs Qəbir Kilsəsinə daxil olmaqdan saxlanılıb.
Hadisədən sonra kilsə rəhbərləri İsrailin müqəddəs məkanlara çıxışı məhdudlaşdırdığını, təzyiq və nəzarəti artırdığını bildiriblər.
Onlar mövcud məhdudiyyətlərə qarşı daha qəti mövqe sərgiləməyə çağırıblar. İsrailin siyasətinin getdikcə sərtləşdiyi qeyd olunur.