Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisi Tomas Tuxel millinin Hari
Keyndən aslı olması iddialarına cavab verib.
News365.az xəbər
verir ki, Hari Keynin meydanda olmadığı İngitərə-Yaponiya oyununda ingilislər
1-0 hesabı ilə məğlub olublar. Məhz bundan sonra İngiltərə yığmasının bir
oyunçudan aslı olması iddiaları səsləndirilib. Baş məşqçi bu iddialara cavab
olaraq bildirib:
“Niyə deyilmir ki, Argentina Messidən aslıdır, ya da Portuqaliya Ronaldodan.
Əlbəttə onlar da Hari Keyn də böyük fütbolçulardır. Onların yoxluğu istənilən
komandaya pis təsir edər. Hari Keyn olmayanda Bayern Münhen də yaxşı çıxış
etmir. Lakin bu o demək deyil ki, bu komandalar təkcə bir oyuncudan ibarətdir və
yaxud ona möhtacdır. Sadəcə olaraq onlarla daha güclüdürlər”.