Bağçada dörd uşaq öldürülüb

Bağçada dörd uşaq öldürülüb
19:20

Uqandanın paytaxtı Kampala şəhərində bıçaqla silahlanmış bir kişi uşaq bağçasına daxil olaraq uşaqlara hücum edib, nəticədə dörd uşaq ölüb. 

News365.az xəbər verir ki, bu barədə yerli “Daily Monitor” nəşri məlumat yayıb. 

Məlumata görə, ölənlərdən biri qız və üçü oğlan uşağıdır. Polis bildirib ki, faciəvi hadisə Makindye rayonunda baş verib. 

“Daily Monitor” şahidlərə istinadla yazıb ki, şübhəli şəxs uşaq bağçasına daxil olaraq valideyn kimi özünü təqdim edib, bağçanın administrasiyası ilə danışıb və sonra uşaqlara hücum etməyə başlayıb. Şübhəli qismində 34 yaşlı kişi saxlanılıb. Hadisənin motivləri isə hələ məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada