ABŞ-ın keçmiş prezidenti Donald Trampın İran müharibəsi ilə bağlı açıqlamaları və Avropa ölkələri ilə NATO münasibətlərinə təsiri diqqət mərkəzinə çıxıb.
News365.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Donald Trumpın son açıqlamaları, xüsusən İran müharibəsi kontekstində, Avropa ölkələrinin və NATO-nun mövqeyini hədəfləyir.

Asif Nərimanlı qeyd edib ki, Trampın məqsədi Avropanın İran müharibəsində ABŞ-ı dəstəkləməsini təmin etmək və koalisiya yaratmaqdır. Eyni zamanda, açıqlamalardakı ziddiyyətlər Avropa ölkələrinin bu prosesdə iştirak etmək niyyətində olmadığını göstərir və ABŞ-NATO münasibətlərində müəyyən suallar yaradır.
Politoloq əlavə edib ki, ABŞ-ın NATO-dan çıxması ehtimalı hələlik zəifdir və Trampın açıqlamaları əsasən Avropa ölkələrinin ABŞ-ın mövqeyinə çıxışını təmin etməyə hesablanıb.
News365.az