Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.
News365.az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub.
Matç "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə bitib - 0:1. Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Türkiyə D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Xatırladaq ki, Türkiyə millisi bundan əvvəl 2002-ci ildə dünya çempionatında iştirak etmiş və turnirin bürünc medallarına sahib olmuşdu.
Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.