Müctəba Xamenei ilə bağlı rəsmi açıqlama - SON XƏBƏR

Müctəba Xamenei ilə bağlı rəsmi açıqlama - SON XƏBƏR
15:42

İran Xarici İşlər Nazirliyi ölkənin Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələri nəticəsində xəsarət alması barədə yayılan iddiaları təkzib edib.

News365.az xəbər verir ki, rəsmi Tehran Müctəba Xameneinin hücumlar zamanı heç bir zərər görmədiyini bildirib.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, Xameneinin bir müddətdir ictimaiyyət qarşısına çıxmaması müharibə şəraiti üçün tamamilə normal bir haldır və burada qeyri-adi heç nə yoxdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mövzu ilə bağlı xüsusi vurğulayıb ki, Müctəba Xameneinin səhhəti "tamamilə yerindədir" və o, hazırda sağ-salamatdır.


Sizin reklam burada
Sizin reklam burada