“Baselona” klubunun prezidenti Xuan Laporta FİFA-nı tənqid edib.
News365.az
xəbər verir ki, prezident klubun futbolçusu Rafinyanın Braziliya-Fransa
oyununda zədələnməsində FİFA-nı günahkar görüb:
“Rafinyanın yoldaşlıq oyununda zədələnməsi utancvericidir. FİFA oyun cədvəlini
düzgün qurmalıdır. Mövsümün bu hissəsində bir yoldaşlıq oyununa görə çox vacib
futbolçumuzu itirdirdik. Onlar nəzərə almalıdır ki, bu futbolçular böyük
klublarda oynayır və ən nüfüzlü titullar uğrunda mübarizə aparır. Belə təqvimlə
futbolçuları hədindən artıq yükləmək düzgün deyil.
Oyunçularda günah görmürəm, onlar profesionaldır və ölkələri adına ən yaxşı səviyyədə
çıxış etməyə çalışırlar. FİFA-onları bu qədər gərgin təqvimlə oynatdıqda isə zədələr
qaçılmaz olur”.