Bakının mərkəzindəki GÜCLÜ YANĞIN tam söndürüldü

Bakının mərkəzindəki GÜCLÜ YANĞIN tam söndürüldü
17 Fev 2026 14:35

Lev Tolstoy küçəsindəki yanğın tam söndürülüb.

News365.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş verən yanğın tam söndürülüb.

14:21

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

11:51

Bakının mərkəzində mənzildə yanğın başlayıb.

News365.azi xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar


Sizin reklam burada
Sizin reklam burada