Bakıda yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib
06 Okt 2025 22:30

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada