Rəqabət Məcəlləsinin qəbulu hələ işin yarısıdır - Natiq Cəfərli

Rəqabət Məcəlləsinin qəbulu hələ işin yarısıdır -  Natiq Cəfərli
04 İyl 2024 09:18

Nəhayət ki, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindi.Nəzərə  alaq ki, Rəqabət Məcəlləsi 15 ilə yaxın idi ki, Milli Məclisin müzakirəsində idi. Hər dəfə müxtəlif səbəblər üzündən qanunun qəbulu ləngidilirdi. Nəhayət, Məcəllə qəbul edildi və Ölkə Başçısının sərəncamına əsasən qüvvəyə mindi”.

Bununla bağlı fikirlərini News365.az-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki,  2008-ci ildən bu yana qəbulu uzanan Rəqabət Məcəlləsinin qüvvəyə minməsi özü-özlüyündə pozitivdir:

“Amma təkcə Rəqabət Məcəlləsinin qəbulu ilə iş bitmir. Bu Məcəllə ilə parallel olaraq həm biznesin azad və normal şəkildə fəaliyyət göstərməsi üçün məhkəmələr də daha çevik işləməyi öyrənməlidirlər.Kiçik və orta sahibkarların işinə daha tez və çevik baxılmalıdır. Bundan əlavə kreditləşmə asanlaşmalıdır. Bu yeni rəqabət mühitinə uyğun formalaşmalıdır. Eləcə də digər vacib addımlar da parallel atılmalıdır ki, Rəqabət Məcəlləsi effect versin. Amma bütün bunlarla yanaşı Məcəllənin qüvvəyə minməsinin özü irəliyə doğru atılmış bir addımdır”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər