SON DƏQİQƏ: Bakıda partlayış olub-VIDEO

SON DƏQİQƏ: Bakıda partlayış olub-VIDEO
14:23

Yasamal rayonu, Hüseyn Cavid prospektində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edək ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

***

Bakının Hüseyn Cavid prospektində partlayış baş verib, ilkin məlumata görə, hadisənin qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə yerinə FHN əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ərazi mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri görülür. Partlayışın hansı obyektdə baş verdiyi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada