Bakıda oğurluq edənlər saxlanıldı

Bakıda oğurluq edənlər saxlanıldı
17:30

Bakıda Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib.

Rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib.

Faktlarla bağlı Cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada