Bakıda məşhur restoran SÖKÜLÜR

Bakıda məşhur restoran SÖKÜLÜR
09 May 2025 17:44

Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülür.   

News365.az xəbər verir ki, restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir. 

Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.  Xatırladaq ki, avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi - metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.


Sizin reklam burada
Sizin reklam burada