Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.
News365.az xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.
Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub. 1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyeva polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar aparılır.