Bakıda ət kəskin ucuzlaşdı - Video

Bakıda ət kəskin ucuzlaşdı - Video
02 Fev 2025 22:45

Bakıda ət 3-4 manat ucuzlaşıb.

News365.az Xəzər TV-yə istinadən məlumat verir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb.

Satıcılar deyirlər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.

Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.

Ətraflı süjetdə:


Sizin reklam burada
Sizin reklam burada