TƏBİB: Qumbaranın partlaması nəticəsində xəsarət alanların vəziyyəti stabildir

TƏBİB: Qumbaranın partlaması nəticəsində xəsarət alanların vəziyyəti stabildir
03 Fev 2025 15:35

Yanvarın 31-də Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində xəsarət alan iki nəfərin (qadın) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir. 

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.  Məlumata görə, hazırda yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir. 

Xatırladaq ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.  Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada