Çin ABŞ-nin vergi tədbirlərinə qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. Fevralın 4-dən isə bütün Çin ixracatına 10 faizlik rüsum qüvvəyə minib.
“Buna cavab olaraq, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün Ümumdünya Ticarət Təşkilatının mübahisələrin həlli mexanizmi ilə ABŞ-nin vergi tədbirlərinə qarşı şikayət edib”, - nazirliyin bəyanatında deyilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Çin ilə yanaşı Kanada və Meksikaya da idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalayıb. Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz gömrük tarifləri tətbiq ediləcək. İstisna yalnız neftlə bağlı olub. Yanacağın bahalaşması ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.
Tural