Tiktoker Əfi saxlanıldı

Tiktoker Əfi saxlanıldı
03 Fev 2025 21:45

“Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.


News365.az xəbər verir ki, onun xırda xuliqanlıqda ittiham edilib.


Əflatun Rüstəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib və inzibati qaydada həbs olunub.


Qeyd edək ki, Əflatun Rüstəmov uzun zamandır Tiktok sosial şəbəkəsində əxlaqsızlığın təbliği ilə məşğuldur. Çəkdiyi videoları qeyri-etik ifadələrlə müşayiət edən tiktoker hətta cinsi azlıqlarla münasibətlərini də lentə alırdı.


Sizin reklam burada
Sizin reklam burada