Tramp Trüdo ilə danışıqlardan məmnun qalıb

Tramp Trüdo ilə danışıqlardan məmnun qalıb
11:21

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə danışıqların nəticələrindən razı qaldığını bildirib. Bu barədə o, özünün "Truth Social" adlı sosial şəbəkəsində yazıb.

Həmin müzakirələr çərçivəsində Kanada tariflərin dayandırılması müqabilində ABŞ-la sərhəd təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa razılaşıb.

"İlkin nəticələrdən çox məmnunam və şənbə günü elan edilən tariflər 30 gün müddətinə dayandırılacaq", - Tramp yazıb. O. əlavə edib ki, həmvətənlərinin təhlükəsizliyinə cavabdehdir və bunun təminatı üçün hər şeyi edəcəyinə söz verib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Çin ilə yanaşı Kanada və Meksikaya da idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalayıb. Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz gömrük tarifləri tətbiq ediləcək. İstisna yalnız neftlə bağlı olub. Yanacağın bahalaşması ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.

Bu sərəncamlar faktiki olaraq hər 3 ölkə ilə bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv edir.



Tural


Sizin reklam burada
Sizin reklam burada