Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO

Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü -  FOTO
03 İyl 2024 20:30

 

Bu gün Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında dünyasını dəyişib.

Bədbəxt hadisə rayonun Çobankol kəndində artezian quyusunda təmir işləri aparılan zaman baş verib.

İlkin məlumatlara görə, Zaqatala rayon sakini 52 yaşlı Hacıməhəmməd Qaracayev artezianın elektrik şitinin yenilənməsi işləri  aparan zaman bilinməyən səbəbdən dünyasını dəyişib.

Qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Sosial şəbəkələrdə mərhumu elektrik cərəyanının vurması ilə bağlı bəzi iddialar yer aldığından məsələyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Dilqəm Şərifov da münasibət bildirib. Agentliyin nümayəndəsinin sözlərinə görə, mərhum Zaqatala yerli istismar idarəsində elektrik peşəsində çalışıb. 

İlkin məlumatlara görə, o, subartezian quyusunda təmir işləri görülən zaman vəfat edib.  

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər