Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - FOTO

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - FOTO
09:18

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb. Səfirlik binasına ziyan dəyməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Zərbələrin əsas hədəfi "Lukyanovka" metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.

Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. (Azərtac)

 


Sizin reklam burada
Sizin reklam burada