Tez-tez anti-Azərbaycan mövqeyi ilə gündəmə gələn rusiyalı deputat Vitali Milonov növbəti dəfə sərt reaksiyalarla üzləşib.
İnsident Rusiyada keçirilən “İlin şansonu” mükafatlandırma mərasimində baş verib. Tədbirə dəvət olunan deputat səhnəyə məşhur ifaçı Mixail Şufutinski ilə birlikdə çıxıb.
Lakin gözlənilmədən zaldan Milonova qarşı kəskin etiraz səsləri yüksəlib.
Şahidlərin sözlərinə görə, deputatın ünvanına təhqiramiz ifadələr səsləndirilib və onu səhnədən getməyə çağırıblar. Baş verənlər canlı yayım zamanı da qeydə alınıb.
Qeyd edək ki, Vitali Milonov daha əvvəl də anti-Azərbaycan ritorikası və sərt çıxışları ilə diqqət çəkib. Bu səbəbdən onun ictimai tədbirlərdə belə reaksiyalarla üzləşməsi təsadüfi sayılmır.
Hadisənin görüntüləri sosial şəbəkələrdə qısa müddətdə yayılaraq geniş müzakirələrə səbəb olub. İnsanlar baş verənləri Milonovun əvvəlki açıqlamalarına verilən cavab kimi qiymətləndirir.