Rusiyanın hazırda Ermənistan haqqında dedikləri əslində təkcə Ermənistanla məhdudlaşmır, ona görə də hər kəs təhlükəsizlik barədə daha çox düşünməli və Ermənistanı dəstəkləməlidir.
News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya indi Ermənistanı əvvəlkindən daha açıq şəkildə təhdid edir:
“Heç kimi dəstəksiz qoymaq olmaz. Avropanın heç bir xalqı itirməyə, heç bir ölkənin əlindən çıxmasına icazə verməyə haqqı yoxdur. Ermənistanı, Moldovanı, Baltikyanı ölkələri, Azərbaycanı dəstəkləmək lazımdır. Gürcüstan xalqını dəstəkləməyin yollarını tapmalıyıq və bu, ortaq Avropa vəzifəsidir. Heç kim itirilməməlidir”.