Azərbaycana keçən erməni keçmiş məmurun yaxın qohumudur

Azərbaycana keçən erməni keçmiş məmurun yaxın qohumudur
06 İyn 2025 13:10

Xəbər verdiyimiz kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünikdən olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib. 

Yerli media məsələni araşdırıb. Məlum olub ki, azan uşaqlardan biri keçmiş məmurun yaxın qohumudur. 

Aravus kəndinin sakinləri ABC Media-ya bildiriblər ki, Azərbaycan ərazisində peyda olan azyaşlı uşaqlardan biri keçmiş kənd rəhbəri Artur Canqiryanın qardaşı oğludur. 

"Gecə yarısı oğlanlar itən atı axtarmağa çıxıblar. Özləri də azaraq Azərbaycan tərəfinə keçiblər. Oğlanlar at belində olublar",- məlumatda qeyd edilib.


Xatırladaq ki, Milli Təhlükəsizlik Xidməti (MTX) bir müddət əvvəl Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyi barədə məlumat yaymışdı.

Tural


Sizin reklam burada
Sizin reklam burada